Heydər Əliyev Lənkəranda anıldı

heyder-eliyev-lenkeranda-anildi
Oxunma sayı: 1287

Dekabrın 12-də Heydər Əliyevin vəfatının 14-cü il münasibətilə Lənkəranda ümumrayon anım mərasimi keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstələri düzüblər. 

Daha sonra ayrı-ayrı idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, sadə zəhmət adamları əllərində gül-çiçəklə abidənin önünə gələrək Heydər Əliyevin xatirəsini yad ediblər. 

Tədbirin davamı olaraq Lənkəran Dövlət Universitetinin Böyük Akt zalında “Əbədiyaşar Ümummilli Liderimiz” adlı konfrans keçirilib.