Heydər Əliyev Mərkəzində “Ad” göstəriləcək

heyder-eliyev-merkezinde-ad-gosterilecek
Oxunma sayı: 724

İyunun 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın "Atelye" teatrı (Müstəqil teatral layihə) "Ad" tamaşasını təqdim edəcək.

Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, məşhur "Ad" ("Le Prenom") pyesinin müəllifləri fransız dramaturqlar Aleksandr de la Patelyer (Alexandre de La Patelliere) və Matye Delaportdur (Matthieu Delaporte).

"Atelye" teatrının təqdimatında səhnələşdirilən "Ad" tamaşasının quruluşçu rejissoru Daynyus Kazlauskasdır. Səhnə əsərində rolları Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç (Andrey), Mariya Rışenkova (Anna) və Anton Eldarov (Yevgeni) oynayırlar.

Pyesin süjet xətti həyatdan götürülüb: şam yeməyində ailənin yeni doğulmuş üzvünə qoyulacaq ad müzakirə olunur. Sevgi və intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara maraqlı, xoş anlar bəxş edəcək.