Heydər Əliyev Mərkəzindən “Koroğlu”ya qədər... - Fotolar

heyder-eliyev-merkezinden-korogluya-qeder-fotolar
Oxunma sayı: 645

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, yarışın birinci mərhələsi Heydər Əliyev Mərkəzi – metronun “Koroğlu” stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 kilometr olan mərhələ 11 dövrə vurmaqla başa çatacaq.

Altıncı dövrədən sonra yarışda Azərbaycanı təmsil edən “Synergy Baku Cycling Project” komandasının velosipedçisi Konnor Makkonvey bütün rəqiblərini qabaqlayaraq veloturun lideridir. İdmançımız ən yaxın izləyicisi olan Lüksemburqun “Leopard” kollektivinin velosipedçisi Kristian Huqqarddan 4,1 saniyə irəlidədir.

Qeyd edək ki, “Tour d Azerbaidjan”da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparır. Bunları 17-si kontinental komanda, 2-si klub, 6-sı isə yığma komandadır. Hər komandanın heyətində altı idmançı ilə yarışır.