“Heydər Əliyev Petrosyanı ağıllandıra bilmişdi”

heyder-eliyev-petrosyani-agillandira-bilmisdi
Oxunma sayı: 1833

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın seçiləndən bir gün sonra-mayın 9-da Azərbaycanın işğal altındakı ərazlərinə səfər etməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, A.Əlizadə “Ölkə.Az”a açıqlamasında deyib ki, Serj Sarkisyan və Nikol Paşinyan bir-birindən fərqli tərəflərin diktəsi ilə hərəkət edirlər:

“Serk Sarkisyanın, Robert Köçəryanın və digər şəxslərin əli azərbaycanlı qanına batıb. Onlar qatı cinayətkardırlar. Digər tərəfdən isə Robert Köçəryan və Serj Sarkisyan Rusiyanın, Nikol Paşinyan isə Qərbin tulasıdır. Ancaq istənilən erməni ilk növbədə millətçidir. Millətçi isə insan ola bilmir. İndi Nikol Paşinyan da ayrı tərəflərə qulluq edəcək. Ancaq bir şey dəyişməz olaraq qalacaq. Bu da onun millətçi xəstəliyinə düçar olmasıdır”. 

Deputat qeyd edib ki, erməni anaları uşaq doğanda “böyük Ermənistan” xülyasını körpələrin beyninə yeridirlər:

“Onlar da bu xəstəliklə böyüyürlər. Misal üçün, vaxtilə rəhmətlik Heydər Əliyev Levon Ter-Petrosyanı ağıllandıra bilmişdi. Ancaq Köçəryanlar, Sarkisyanlar, Paşinyanlar ayağa qalxaraq, onu hakimiyyətdən devirdilər. Ona görə də Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onlar sülh yolu ilə torpaqları azad etməyəcək. Qarabağı azad etməyin yeganə yolu müharibə etməkdir. Mən indi də bu fikrimdə qalıram. Əgər düşmən təslim olmursa, o zaman onu ancaq məhv etmək lazımdır”.