Heydər Əliyev prospekti bağlanır - Bir neçə saatlıq

heyder-eliyev-prospekti-baglanir
Oxunma sayı: 2790

Bakıda daha bir yol bağlanır.

"Qafqazinfo"ya daxil olan məlumata görə, şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.