Heydər Əliyev prospektində daha bir hadisə

heyder-eliyev-prospektinde-daha-bir-hadise
Oxunma sayı: 5289

Bu gün saat 09 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin köhnə "Komsomol" dairəsi yaxınlığından keçən hissəsində sürətlə hərəkət edən "Wolksfagen" ilə "Mercedes" markalı iki minik avtomobili toqquşub. Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi aşaraq yolun hərəkət hissəsini bağlayıb.
 
Qəzada ölən və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur.
 
Əlavə məlumat veriləcək.