Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

heyder-eliyevin-anim-gunune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 1866

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, ilk öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. 

Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,  Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edib. Bildirib ki, Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. 

Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.