“Heydər Əliyevin mənəvi həyatına bələd idim” - Şeyx

heyder-eliyevin-menevi-heyatina-beled-idim
Oxunma sayı: 1236

Bu gün Qafqaz Müsəlmanları İdarəsində mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilir. 

“Qafqazinfo”nun məlumatına görə, iclasda çıxış edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, onlar Heydər Əliyevin işığına yığışıblar: “Kommunist rejimində işləmək və bununla bərabər inamı saxlamaq asan məsələ deyildi. Bunu ulu öndər bacarırdı. Mən onun daxili mənəvi həyatına bələd idim. O, prezident seçiləndən sonra dindarlara müraciət etdi ki, gəlin Allah yolunda bir olaq. O, həyat yoldaşının cənazəsini Moskvadan gətirib Bakıda dəfn etmək istəyirdi və bunu həll etdik. Bu da onun Azərbaycan torpağına olan bağlılığını göstərirdi”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında qeyd edib ki, H.Əliyev fiziki olaraq aramızda olmasa da, ruhən Azərbaycan xalqının yanındadır: “Onun bizim üçün qoyduğu irs var. Bunlar milli mənəvi dəyərlərdir. Bizim dəyərlərin içində islami dəyərlər üstünlük təşkil edir. Ulu öndər dinə və imana bağlı insan idi. Dini ayinlərdə iştirak edirdi. Həmçinin dini ziyarətgahlara da gedirdi. Dini qaydalara çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib”.

Günel Türksoy

Foto: Pərvin Zeynal