Heydər Əliyevin yubileyinə həsr olunmuş beynəlxalq kik-boks turniri

heyder-eliyevin-yubileyine-hesr-olunmus-beynelxalq-kik-boks-turniri
Oxunma sayı: 656

"Qafqazinfo" xəbər verir ki,mayın 10-da Vyanada Heydər Əliyevin 90 illik xatirəsinə həsr olunmuş kik-boks üzrə K1 döyüşləri keçiriləcək.Avstriya Azərbaycan Akademik Birliyi və “İron Fist Gym”in təşkilatçılığı ilə keçiriləcək turnirə Azərbaycan Dünya və Avstriya Kiqboks Federasiyaları iştirak edəcək. Yarışda Azərbaycanla yanaşı, Avstriya, Polşa, Türkiyə , Bosniya, Hollandiya, Mərakeş kimi dövlətlərin peşəkar idmançıları da iştirak edəcəklər. Bu turnirin işıqlandırılmasını Avropanın məşhur idman telekanallarından olan "Eurosport" kanalı öz üzərinə götürüb. Bununla yanaşı bir çox avropa ölkələrinin, habelə Avstriya, Almaniya, Belarusya, Rusiya, Türkiyə media nümayəndələri də turniri işıqlandıracaqlar. Avropanın və Azərbaycanın məşhur kik-boksçuları yarışda Heydər Əliyev kəməri uğrunda mübarizə aparacaqlar. 4 qat dünya və Avropa çempionu olan Zabit Səmədovla bərabər, Alim Nəbiyev, Ağalar Sadıxov, Pərviz Abdullayev kimi məşhur kik-boksçularımız Vyanada da bayrağımızı qaldırıb, himnimizi oxutmaq niyyətindədirlər.

Qeyd edək ki, Azərbaycan Avropa Akademik Birliyi 11 ilə yaxın bir müddətdir ki, Azərbaycan mədəniyyətini, dəyərlərini o cümlədən idmanını və idmançılarını Avstriyada və eləcə də Avropa da tanıtmaq üçün bir sıra önəmli tədbirlər həyata keçirir.

Iqbal