Heydər Əsədov Bərdədə görüş keçirdi - Fotolar

heyder-esedov-berdede-gorus-kecirdi
Oxunma sayı: 951

Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 17-də Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əsədov Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında dövlət regional toxumçuluq və aqrokimya laboratoriyalarına baxış keçirib, baytarlıq idarəsində vaksinlər, avadanlıq və ləvazimatlarla tanış olub.

Elektron hökumətin bir hissəsi olan infoköşkün təqdimatı zamanı bildirilib ki, vətəndaşlar bu sistem vasitəsilə fermerlərə məsləhət, gündəlik bazar qiymətləri, yanacaq və motor yağlarına, həmçinin pambıq və baramaya görə subsidiyalar, torpaqların istifadəsi və sair barədə məlumatlar alacaqlar.

Sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin regional aqrokimya laboratoriyasının torpaq nümunələrinə dair təqdimatı olub.

Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev əkin sahələrindən götürülmüş torpaq nümunələrinin fiziki və kimyəvi parametrlər üzrə analizi, nəticələrin təhlili, fermerlərə tövsiyələrin verilməsi və torpaq kartoqrammalarının hazırlanması sahəsində əldə edilmiş nəticələr barədə məlumat verib.

Qeyd edilib ki, bu nəticələrin əkinçilikdə tətbiqi gübrələrdən balanslaşmış istifadə edilməsinə şərait yaratmaqla yanaşı, məhsulun kəmiyyət göstəricilərinin artmasına və keyfiyyətinin yaxşılaşmasına şərait yaradacaq.

Nazir daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınması, toxumçuluq, subsidiya, ixtisasa uyğun işə qəbul, torpaqlardan istifadə və digər məsələlərlə bağlı müraciətlər ediblər.

H. Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

Görüşdə Bərdə, Ağcabədi, Ağdam, Tərtər və digər ətraf rayonlardan olan 119 istifadəçiyə lizinq yolu iləverilmiş, ümumilikdə, 3 milyon 729 min 744,40 manat məbləğində 212 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan 1 milyon 454 min 421,85 manat güzəştlə əlaqədar müvafiq sənədlər təqdim edilib.

Güzəşt tətbiq edildikdən sonra 39 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və müvafi səənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşlarılizinqyoluiləəldəedilmişkəndtəsərrüfatıtexnikalarınınilkindəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək “Aqrolizinq” ASC-dən respublika üzrə 8207 istifadəçinin lizinqə götürdüyü 21 min 156 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 183 milyon 147 min 259,82 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Laçınr rayonlarından olan 150-dən artıq mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı həyata keçirilib