Heydər Əsədov Bərdədə görüş keçirəcək

heyder-esedov-berdede-gorus-kecirecek
Oxunma sayı: 918

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 17 noyabr 2017-ci il tarixində, saat 11:00-da Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.  

"Qafqazinfo" xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Bərdə  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-93-60) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.