Heydər Əsədov bolqar səfirlə görüşdü

Heydər Əsədov bolqar səfirlə görüşdü
Oxunma sayı: 423

Oktyabr ayının 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Maya Xristova ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşün məqsədi iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Heydər Əsədov Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti barədə məlumat verərək iki ölkə arasında ticari, iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanların olduğunu bildirib.

Kənd Təsərrüfatı naziri aqrar sahədə Azərbaycanın yüksək ixrac potensialına malik olduğunu vurğulayaraq ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu səfirin diqqətinə çatdırıb.

H. Əsədov Komissiyanın Azərbaycan tərəfdən üzvü olan qurumların əməkdaşlıq barədə təkliflərinin ümumiləşdirilərək komissiyanın gələcək iclaslarında müzakirəyə çıxarılacağını bildirib.

Maya Xristova Heydər Əsədovu Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri təyin olunması münasibəti ilə təbrik edib və ölkələrimiz arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın bundan sonra daha da genişlənməsinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikasıarasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın gələcək fəaliyyət  istiqamətləri barədə müzakirələr aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi