Heydər Əsədov Fond rəhbəriylə görüşüb

Heydər Əsədov Fond rəhbəriylə görüşüb
Oxunma sayı: 517

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, nazir son vaxtlar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Dövlət Proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çətikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksək ixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəsislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun hesab edib.

Elçin Babayev rəhbərlik etdiyi Fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verərək aqrar sahə üzrə tədqiqatların aparılması üçün Fond tərəfindən daim dəstək veriləcəyini diqqətə çatdırıb. Imzalanacaq Protokolun hüquqi müstəvidə aqrar sahədə tədqiqatlar üzrə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini bildirib. Növbəti mərhələdə Cənub və Gəncə-Qazax bölgələrində birgə konfrans və simpoziumların keçirilməsini məqsədəuyğun hesab edib.

Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri - birgə xüsusi Qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və  səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələri öz əksini tapıb. Həmçinin Fond Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramları üzrə çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması, çayçılıqla və sitrusçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsində də yaxından iştirak edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən nəşr olunan kitablar Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi