Heydər Əsədov Masallıda görüş keçirəcək

heyder-esedov-masallida-gorus-kecirecek
Oxunma sayı: 770

Kənd təsərrüfatı naziri Heydər Əsədov  27 oktyabr 2017-ci il tarixində, saat 11:00 da Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.  

"Qafqazinfo" xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-287-12-12) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.