Heydər Əsədov Salyanda görüş keçirəcək

heyder-esedov-salyanda-gorus-kecirecek
Oxunma sayı: 820

Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 22-də, saat 11:00 da Salyan rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.  

"Qafqazinfo" xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Salyan  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-58-00) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.