Heydər Əsədov səfir Kestutis Yankauskasla görüşüb

Heydər Əsədov səfir Kestutis Yankauskasla görüşüb
Oxunma sayı: 273

Bu gün Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin yekun konfransı çərçivəsində nazir Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Aİ ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Müzakirələrdə “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin başa çatmasına baxmayaraq, əsas prioritetlər üzrə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Nazir eyni zamanda, layihədə Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Aİ və mötəbər qurumun ekspertləri ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə baytarlıq sahəsində heyvanların identifikasiyası ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Qeyd olunub ki, hazırda respublikada baytarlıq laboratoriyaları yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilib və onların Aİ tərəfindən beynəlxalq səviyyədə akkreditasiyasına dəstək verilməsinin zəruriliyi nəzərə çatdırılıb. Həmçinin heyvanların qeydiyyatını aparmaqla milli sistemin yaradılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, bu da öz növbəsində ərzaq təhlükəsizliyinin təmin olunmasına layiqli töhvə verəcək.

Görüşdə, həmçinin “Azərbayvan Respublikasında Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş əsas hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.    

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Səfir Kestutis Jankauskasın Aİ ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi