Heydər Əsədov Şəmkirdə görüş keçirəcək

heyder-esedov-semkirde-gorus-kecirecek
Oxunma sayı: 635

Kənd təsərrüfatı naziri Heydər Əsədov 25 avqust tarixində Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək.  

"Qafqazinfo" xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Şəmkir  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-364-44-80) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.