Heydər zirvəsinə yürüş etdilər - Fotolar

Heydər zirvəsinə yürüş etdilər
Oxunma sayı: 1120

Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, artıq ənənəyə çevrilən yürüşdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq 10 dekabr tarixində zirvəyə qalxaraq Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri qoyaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Heydər Əliyevin əziz xatirəsini yad ediblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi