Həyətində 2500 kq marixuana tapıldı

heyetinde-2500-kq-marixuana-tapildi
Oxunma sayı: 632

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Vaqif Babayevdən 1, 73 qram marixuana götürülüb.

“Qafqazinfo” Dİn-nin saytına istinadən xəbər verir ki, V. Babayevin həyətyanı sahəsinə baxış zamanı isə 2 kiloqram 500 qram marixuana aşkar edilib.