Həyətindən narkotika “meşə”si çıxdı

heyetinden-narkotika-mesesi-cixdi
Oxunma sayı: 2557

Gədəbəy rayonunda həyətində narkotik yetişdirən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayon sakini Amin Məmmədovun rayonun Slavyanka kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilən 173 ədəd narkotik çətənə bitkisinə bənzər 2249 kiloqram olan kollar, evin yardımçı otaqlarında yarı qurudulmuş halda saxlanılan 97 kiloqram 500 qram və 70 ədəd 3 kiloqramlıq şüşə bankalara yığılan çəkisi 8 kiloqram 400 qram olan qurudulmuş marixuanaya bənzər narkotik vasitə aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib. Faktla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılır.