Heyvan ən çox burada adamı dişləyir

heyvan-en-cox-burada-adami-disleyir
Oxunma sayı: 642

Mərkəzdən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində paytaxtda heyvan dişləmələri daha çox Sabunçu və Xəzər rayonlarında qeydə alınıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Sabunçu rayonunda 987, Xəzər rayonunda isə 792 dişləmə hadisəsi olub.

Hesabat dövründə Bakıda ən az heyvan dişləməsi Nərimanov rayonunda qeydə alınıb. Nərimanovda 161, Səbayel rayonunda 162, Nəsimi rayonunda 208, Yasamal rayonunda 217, Nizami rayonunda 290, Qaradağ rayonunda 324, Xətai rayonunda 376, Binəqədi rayonunda 481, Suraxanı rayonunda 635 heyvan dişləməsi baş verib.
Ümumilikdə bu ilin yanvar-oktyabr ayları ərzində Bakıda 4634 heyvan dişləməsi qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 5080 olub.

Heyvan dişləmələrin çoxu itlər tərəfindən törədilib. Bu il Bakıda yalnız 1 nəfər quduzluq nəticəsində dünyasını dəyişib. Hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.