Heyvandarlıqla məşğul olanlara "Bir sürü təklif"

heyvandarliqla-mesgul-olanlara-bir-suru-teklif
Oxunma sayı: 1918

"AccessBank" heyvandarlıqla məşğul olan şəxslər üçün mayın 1-dən "Bir sürü təklif" adlı kredit kampaniyasına start verir. Kampaniya avqustun sonunadək davam edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu müddət ərzində Bank heyvandarlıqla məşğul olan şəxslərə kredit götürərkən 12 ayadək GÜZƏŞT MÜDDƏTİ və illik faiz dərəcəsinə 3%-dək ENDİRİM təqdim edir. Bundan başqa, müştəri ödəniş qrafikini özü seçərək kredit üzrə ödənişləri öz biznesinə uyğun şəkildə tərtib edə biləcək.

Ətraflı məlumatı bankın saytından, FacebookTwitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.