“Həzi Aslanov” metrostansiyasına yeni girişlər açılacaq

hezi-aslanov-metrostansiyasina-yeni-girisler-acilacaq
Oxunma sayı: 640

Bakı Metropoliteninin tikinti və inşaat şöbəsinin əməkdaşı mühəndis Sevinc Babayevanın ANS PRESS-ə verdiyi məlumata görə, tikinti üçün artıq müəyyən edilmiş ərazilər hasarlanıb. Hazırda bu istiqamətdə layihə hazırlanır, smeta xərcləri hesablanır. Sənədləşmə işləri artıq yekunlaşmaq üzrədir.

Sevinc xanımın sözlərinə görə, tikintinin nə vaxt yekunlaşacağı vaxt hələlik dəqiqləşdirilməyib. Xərclərə ayrılacaq vəsait isə smeta xərcləri müəyyənləşəndən sonra məlum olacaq.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyası 2002-ci ildə 12 dekbrda istifadəyə verilib. “İçərişəhər”-“Həzi Aslanov” stansiyaları istiqamətində sonuncu dayanacaq olan stansiya 2 platformadan və 4 girişdən ibarətdir.