Həzrəti Məhəmmədin qəbri yıxıla bilər

hezreti-mehemmedin-qebri-yixila-biler
Oxunma sayı: 2181


"Qafqazinfo" modern.az-a istinadən bildirir ki, xəbərə görə Səudiyyə Ərəbistanının Məscidi Nəbəvini genişləndirilməsi planı daxilində Məhəmməd Peyğəmbərin qəbri də yıxılma təhlükəsi altında qalıb.

“İndependent”in İslam dünyasını sarsıdacaq bu xəbərinə görə, genişləndirmə planı, daha əvvəl Məkkədəki müqəddəs məkanların da genişləndirməsi planları çərçivəsində dağıdılmasını tənqid edən İslam Mirası Araşdırma Vəqfi Müdiri Mədəniyyət əl-Alavi tərəfindən ortaya çıxarılıb. 

Əl-Alavi plan çərçivəsində Məhəmməd Peyğəmbərin qəbrinin olduğu Yaşıl Qübbənin yıxılmaq istəndiyini, plan əhatəsindəki təkliflərin ciddi Vəhabi anlayışa sahib din adamları tərəfindən hazırlandığını iddia edib.   

Əl-Alavi bunun xüsusilə də şiə və sünnilər arasında bir gərginlik yarada biləcəyini də bəyan edib. Məkkədəki Məscidi-Haramdan sonra müsəlmanların ən böyük ikinci müqəddəs məkanı olan Mədinədəki Məscidi-Nəbəvi hər il milyonlarla hacı tərəfindən ziyarət edilir.