Hicab aksiyasında həbs olunan azadlıqda

hicab-aksiyasinda-hebs-olunan-azadliqda
Oxunma sayı: 721

"Qafqazinfo" AzadlıqRadiosuna istinadən bildirir ki, bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.

«Taleh Bağırov 2011-ci ilin mayın 6-da Təhsil nazirliyi qarşısındakı aksiyada həbs edilən və müxtəlif müddətlərə azadlıqdan məhrum olunan şəxslərdən sonuncusudur».

2011-ci il mayın 6-da Təhsil nazirliyi qarşısında şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiya keçirilib.

Həmin aksiyada 40-dan çox adam saxlanılıb. Onlardan 15 nəfəri barəsində xuliqanlıq maddələri ilə cinayət işi açılıb. 12 nəfər 1 ildən 1 il 6 aya qədər azadlıqdan məhrum edilib. 3 nəfər isə şərti cəza ilə azadlığa buraxılıb.

Onların bəziləri cəzasının çəkilməmiş hissəsindən, bəziləri də tam cəzasını bitirəndən sonra azadlığa buraxılıb.