Hicab məhbuslarının şikayətinə baxılacaq

hicab-mehbuslarinin-sikayetine-baxilacaq
Oxunma sayı: 749


“Qafqazinfo” xəbər verir ki, vəkil Fariz Namazlı “Media forum”a bildirib ki, məhkəmə prosesi hakim Abid Abdinbəyovun sədrliyi ilə keçiriləcək.

Nərimanov Rayon Məhkəməsinin 4 iyunda çıxardığı hökmlə Ruhid Abbasov, Dadaş Vəliyev, Səxavət Quliyev hər biri 2 il, Aydın Məmmədov 2 il 3 ay, Rauf Qarayevlə Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dindarlar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə tutulublar. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.

Daha bir hicab məhbusu Elşad Rzayev isə Nərimanov Rayon Məhkəməsinin ona çıxardığı hökmdən apellyasiya şikayəti verib. “Media forum”a danışan vəkil Anar Qasımlı belə deyib. Nərimanov Rayon Məhkəməsinin iyunun 3-də çıxardığı hökmlə Elşad Rzayev 6 il müddətinə azadlıqdan məhrum edilib.