Hicab məhbuslarının şikayətləri təmin edilmədi

hicab-mehbuslarinin-sikayetleri-temin-edilmedi
Oxunma sayı: 1365



“Qafqazinfo” xəbər verir ki, Vəkil Zaman Səmədov “Media forum”a bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hökmü qüvvədə qalıb, şikayət təmin edilməyib.

Aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dindarlar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında hökumət qüvvələri ilə toqquşmalarda təqsirli bilinib.