Hicab məhbusu azadlığa buraxılıb

hicab-mehbusu-azadliga-buraxilib
Oxunma sayı: 642

“Qafqazinfo”nun “İslamazeri.az” saytına istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 16 saylı cəza çəkmə müəssisəsində dünən keçirilən məhkəmə Nəsimi Quliyevin həbsinin qalan müddətini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsinə qərar verib. Məhkəmənin hökmü elan edildikdən sonra Nəsimi Quliyev dünən azadlığa buraxılıb.

Xatırladaq ki, Nəsimi Quliyev ötən il oktyabrın 6-da, "Hicaba azadlıq" aksiyasından 1 gün sonra gecə evindən aparılmışdı. Nərimanov rayon məhkəməsi dindara 1 il həbs qərarı vermişdi. O, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunub.