“Hicaba azadlıq” aksiyasında həbs olunanlara iş kəsildi

hicaba-azadliq-aksiyasinda-hebs-olunanlara-is-kesildi
Oxunma sayı: 939


“Qafqazinfo” xəbər verir ki, Trend-in məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə ilkin məhkəmə baxışı keçirilib. Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.