Hicabla bağlı tarixi qərar

hicabla-bagli-tarixi-qerar
Oxunma sayı: 641

“Deyerler. Org”un məlumatına görə, Türkiyə Mühəndislər Birliyinə “Sərbəst İnşaat Mühəndisliyi” sənədini almaq üçün hicablı çəkdirdiyi foto-şəkil ilə müraciət edən xanıma sənədin verilməməsini Dövlət Şurası əmək hüququnun pozulmaması kimi dəyərləndirib.

Xanım Rəbiyə Kırmacı sənədi almaq üçün idarəyə müraciət edib. İdarə, sənədin alınması üçün hicablı foto-şəkil verildiyindən onu qəbul etməyib. Xanım Kırmacı bu qərarın ləğv edilməsi üçün Ankara 8-ci İdarə Məhkəməsinə müraciət edib. Məhkəmə də bu qərarı qüvvədə saxladıqdan sonra o, Dövlət Şurasına müraciət edib.

Dövlət Şurası öncə qəbul edilmiş bütün qərarları ləğv edib.
Şuranın qərarında bildirilib ki, öncə qəbul edilmiş qərarlar əmək hüququna ziddir. “Sərbəst İnşaat Mühəndisliyi sənədinin alınması üçün edilən müraciətin rədd edilməsi Konstitusiyaya ziddir və başıaçıq foto-şəkilin tələb edilməsinin heç bir qanuni əsası yoxdur. Buna görə də, xanım Rəbiyə Kırmacının iddiasını rədd edən məhkəmə qərarının da hüquqi əsası yoxdur”.