Hicabla dərs keçdiyi üçün işindən oldu

hicabla-ders-kecdiyi-ucun-isinden-oldu
Oxunma sayı: 1483

Almaniyada hicabla dərs keçmək istəyən müəllim məktəbdən qovulub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu səbəbdən o, Berlin əyalətində dərs keçdiyi məktəbi məhkəməyə verib. Ancaq hakim Eymi Boyer məktəblərə dini simvolların daşınmasını qadağan edən “Tərəfsizlik qanunu”na əsasən, müəllimin şikayətini rədd edib.

O, məktəb rəhbərliyinin qanunauyğun addım atdığını bildirərək hicablı müəllimi dərs keçə biləcəyi başqa bir məktəbə göndərib.

Nuranə