Hicablı müəlliməyə hücum xəbərinə QMİ-dən- - Reaksiya

Hicablı müəlliməyə hücum xəbərinə QMİ-dən-
Oxunma sayı: 1287


“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Sədi Axundzadə bildirib. Onun sözlərinə görə, rayonda üç ilə yaxındır ki, Əbülfəz Abbas məscidi (dövlət qeydiyyatı -Lənkəran cümə məscidi) kimi tanınan dini ocaqda quran və şəriət dərsləri keçirilir. Məsələ ilə bağlı, sözü gedən məscidin axundu ilə əlaqə saxladım. O da bildirdi ki, belə bir hadisə baş verməyib”. 

Hacı Sədinin fikrincə, bu cür məlumatları yaymaqla kimsə bölgədə ara qarışdırmaq istəyir: “Cənub bölgəsində dini sabitlik hökm sürür və burada heç bir müdaxilə olunmadan azad şəkildə dini mərasimlər keçirilir. Bu gün cümə günü olduğundan Böyük Bazar Məscidində olmuşam və burada namaz qılınıb. Eyni zamanda Əbülfəz Abbas məscidində geniş dindar kütləsi var və buraya da mömin qardaşlarımız toplaşır”. 

Qeyd edək ki, islamazeri.az saytında Lənkəranda polisin Quran dərsi keçən hicablı müəlliməyə hücum etməsi ilə bağlı məlumat dərc olunub. Məlumatda qeyd olunur ki, quran dərsi keçən Xuraman xanım aptekdən çıxdığı zaman polis əməkdaşı ona qarşı hörmətsizlik edib, nalayiq sözlərlə onu təhqir edib və zor gücünə polis avtomobilinə mindirib. Polis idarəsində hicablı xanımın çantası yoxlanılıb. Polis bölməsində bildiriblər ki, onun barəsində sələmə pul verməsi ilə bağlı şikayət daxil olub. Daha sonra polis idarəsində bildiriblər ki, onu yanlışlıqla bölməyə gətiriblər. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi