Hicablı tələbələr universitetə buraxılmırlar

hicabli-telebeler-universitete-buraxilmirlar
Oxunma sayı: 644

Azadxeber.az saytının Qazaxıstan mediasına istinadən verdiyi xəbərə görə, 8 nəfər hicablı tələbə təhsil aldıqları Saqtagina Baişeva adına Aktyubins Universitetinə artıq buraxılmırlar. Tələbələrin dediklərinə əsasən rektor və müəllimlər onlardan hicablarının açılmasını tələb edirlər. Bu hadisədən qabaq onların ciddi nəzarət altında olduqlarını deyən tələbələr tənəffüs zamanı bir yerə toplaşan zaman müəllimlər tərəfindən təhdidlərə məruz qalırdılar. Onlara deyilirdi ki, bir yerdə tplaşıb İslamı təbliğat aparmasınlar və ümumiyyətlə, hicablı qızlar ayrı-ayrı gəzsinlər. İndi isə artıq təhsil ocaqlarının qapıları onların üzünə bağlanıb.
Qazaxıstanın “Azadlıq” radiosu əməkdaşları bu haqda Aktyubinsk məscidinin imamı açıqlamasında bu haqda bir söz deyə bilməyəcəyini bildirib və onları mətbuat katibinin yanına göndərib. “Nurqasir” məscidinin mətbuat katibi Nursaule Kurbanayıs isə bu haqda belə deyib: “Qazaxıstan dünyəvi bir dövlətdir. Hər bir vətəndaş məcburdur ki, ölkənin qanunlarına əməl etsin. Yəqin ki, İran, Səudiyyə Ərəbistanı Pakistan kimi ölkələrdə şəriət birinci və öndə olan məsələdir. Amma bizim kimi dünyəvi dövlətlərdə bu belə deyil. Axı həmişə Quranın dediyi kimi, hərəkət etmək olmaz. Ona görə də vətəndaşlar bizim qanunlarımıza riayət etməlidirlər”.