Hicabsız aktrisalar cəzalandırılacaq

hicabsiz-aktrisalar-cezalandirilacaq
Oxunma sayı: 634

“Media forum” saytının məlumatına görə, Səid Müntəzir ül-Məhdi deyib ki, İran kinematoqrafçıları, o sıradan da aktrisaların bir qismi islami dəyərləri açıq-aşkar pozur, beynəlxalq tədbirlərdə hicaba riayət etmirlər: “Xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən, hicabsız və ya hicaba kifayət qədər riayət etməyən iranlı aktrisaların işinin araşdırılması üçün İnterpola müraciət edəcəyik və bu yolla onlar məsuliyyətə cəlb olunacaq”.

Səid Müntəzir ül-Məhdi həmçinin “Facebook”da bir-biri ilə tanış olub görüş təyin edən gənc oğlan və qızlara xəbərdarlıq edərək deyib ki, İran polisi gənclərin bu sosial şəbəkədəki bütün fəaliyyət və hərəkətlərini izləyir, nəzarətdə saxlayır.