Hidayət Orucov AŞPA nümayəndəsini qəbul edib

hidayet-orucov-aspa-numayendesini-qebul-edib
Oxunma sayı: 637

Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, H.Orucov qonağa Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutması barədə danışıb.
Hidayət Orucov bildirib ki, təxminən bir neçə ay öncə on illiyi qeyd edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çoxmillətli və müxtəlif konfessiyalı Azərbaycanda dövlət-din münasibətlərini ədalətli və demokratik qanunlar əsasında tənzimləmək gerçəkliyindən, ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoqa dəstək olmaq zərurətindən yaranıb.
Kristos Pirqurides deyib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti Avropa ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Ölkəmizə ilk dəfə beş il əvvəl gəldiyini diqqətə çatdıran AŞPA nümayəndəsi erməni qoşunlarının Azərbaycan torpaqlarından geri çıxarmalarını təkid etdiyini söyləyib.
Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.