Hiddink üçün 24 milyon avro!

hiddink-ucun-24-milyon-avro
Oxunma sayı: 656

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 65 yaşlı mütəxəssis Mahaçqalanın “Anji” klubu ilə razılığa gəlib. Rəsmi müqavilənin növbəti həftə ərzində imzalanacağı gözlənilir. Hollandiyalı məşqçi “Anji”də 3 ilə 24 milyon avro qazanacaq. “Anji” klubunun rəhbərliyi isə rəsmi məlumat olmadan bu haqda açıqlama verməyəcəklərini bildirib.

Qeyd edək ki, Hiddink son olaraq Türkiyə yığmasının baş məşqçisi vəzifəsində idi və komandanı Avro 2012-nin final mərhələsinə çıxara bilmədikdən sonra istefaya göndərildi.

Ceyhun Əhmədov