Hiddinkə fantastik təklif var

hiddinke-fantastik-teklif-var
Oxunma sayı: 652

Qol.Az-ın “Life Sports”a istinadən verdiyi məlumata görə, Dağıstan klubunun sahibi Süleyman Kərimov hollandiyalı mütəxəssisə 2 il + 1 il sxemi üzrə anlaşma qarşılığında ildə 9 milyon avro ödəməyə hazırdır.

Təklifi qəbul etsə, Hiddink dünyanın ən ödənişli ikinci baş məşqçisi olacaq. Birinci pillədə isə hazırda İspaniya “Real” (Madrid) klubuna rəhbərlik edən Joze Mourinyo qərarlaşıb. Mourinyo ildə 10 milyon avro qazanır.

Hiddinklə ilkin danışıqlar hələ sentyabrın əvvəllərində başlanılıb. 65 yaşlı baş məşqçinin müqaviləsi artıq hazırdır, ona yalnız imza atmaq qalıb. Hollandiyalı mütəxəssisin ilkin məqsədi “Anji”ni gələn il Avropa kuboklarına çıxarmaqdan ibarət olacaq. Sonra isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə olunmalıdır. Əmək haqqından əlavə, ona bonuslar da vəd edilib.

Hazırda Amsterdamda olan Qus Hiddinkin meneceri Kis van Nyuvenhayzen müştərisinin “Anji”də çalışması üçün tez olduğunu bildirib. Onun sözlərinə görə, istənilən halda Hiddink işsiz qalmayacaq. Çünki ona tələbat böyükdür.

Qeyd edək ki, hazırda “Anji”yə Andrey Qordeyev rəhbərlik edir. Komandanın böyük məşqçisi isə azərbaycanlı mütəxəssis Vaqif Sadıqovdur.