Hidistanlının qatili pakistanlı çıxdı

hidistanlinin-qatili-pakistanli-cixdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, martın 9-da saat 11 radələrində Bakı şəhəri, N.Rəfiyev küçəsi, 17 A ünvanında Hindistan Respublikası vətəndaşı Chaudhary Binod Kumarın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Fakta görə həmin tarixdə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və martın 14-də cinayət işi həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs - 16.02.1986-cı ildə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuş Ali Abid Ahmad Bashir martın 15-də tutularaq istintaqa cəlb olunub.

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla hadisənin başvermə səbəblərinin və digər xüsusatların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.