Dünyada hidrogen yanacaq elementləri ilə işləyən ilk qatar Almaniyanın Aşağı Saksoniya vilayətində istifadəyə verilib.
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “Coradia iLint” adlı qatarların damında hidrogen yanacaqlı rezervuar və yanacaq elementi quraşdırılıb.
Qatar saatda 140 kilometrə qədər sürət yığır. Bir dəfə yanacaq doldurmaqla isə min kilometrə qədər məsafə qət edə bilir.
Məlumata görə, bu qatarlar ətraf mühitə zərər vermədən hidrogen enerjisini elektrik cərəyanına çevirir.