Hilal Məmmədov məhkəmədə iştirak etməkdən imtina etdi

hilal-memmedov-mehkemede-istirak-etmekden-imtina-etdi
Oxunma sayı: 673

Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, prosesdə H. Məmmədovun vəkillərindən imtina etməsi, bütün məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatətlər verib. O, bildirib ki, özü də məhkəməyə etiraz əlaməti olaraq proseslərdə iştirak etmək istəmir: “Əgər məhkəməyə məcburi gətirilsə qulaqlarını pambıq tıxayacaq və üzünü divara çevirəcək”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompyuter və digər informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.