Hillari Klinton: “Çirkin filmi pisləyirik”

hillari-klinton-cirkin-filmi-pisleyirik
Oxunma sayı: 697

"Qafqazinfo"nun məlumatına görə, ABŞ-ın Dövlət Katibi Hillari Klinton açıqlama verib. Xanım Klinton "İslamın məsumiyyəti" adlı filmin ABŞ rəhbərliyi ilə heç bir əlaqəsinin olmadığını bəyan edib. Eyni zamanda bir ölkə olaraq bu filmi pislədiklərini, dinlər arasında nifaq salmaq məqsədi olduğunu dilə gətirib. Hillari Klinton islam dinini ləkələmək istəyən və çirkin səhnələrlə zəngin olan filmin yayılmasına qarşı olduqlarını da bildirib.

Xatırladaq ki, islam dininə ləkə vurmaq məqsədini güdən film rejissor Sem Besilin etiraf etdiyi kimi qəsdən belə çəkilib. Filmin çəkilişi İsraildəki təşkilatlarının sponsorluğu ilə baş tutub.

Raminə