Himalayda 8 alpinistin meyiti tapılıb

himalayda-8-alpinistin-meyiti-tapilib
Oxunma sayı: 2189

Nepalda Qurja zirvəsində azı səkkiz alpinist ölüb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, güclü qar yağışı nəticəsində Himalay dağının 7193 metr yüksəkliyində sürüşmə baş verib. Nəticədə alpinistlərin çadırı qar uçqununun altında qalıb. Beş Cənubi Koreya və 4 Nepal vətəndaşının meyiti dağın yamacında, 3500 metrlik yüksəklikdə qurulan çadırda aşkarlanıb. 

Bir nəfərin isə axtarışları davam etdirilir.