Himn məsələsi yenidən parlamentdə

himn-meselesi-yeniden-parlamentde
Oxunma sayı: 1988

“İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentdə çıxışında deyib. Onun sözlərinə görə, himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış şəxsidir: 

“Əhməd Cavadın məzarı belə yoxdur. Onla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtəni qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavddır, musiqisi Üzeyir Hacıbəylinindir. Mövzunun da polemikaya ehtiyacı  yoxdur. Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. Hüququndan keçən əsgər kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət  var, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə bundan sonra da sevib qorumalıyıq”.

Deputat Tahir Kərimli isə deyib ki, bir müddət əvvəl himnlə bağlı səsləndirdiyi təklif onun əleyhinə yönəldi, amma cəmiyyətə xeyirli oldu: “Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

O, qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətli və keyfiyyətli olmalıdır.

Günel Türksoy