Hind narı ilk dəfə Azərbaycanda - Foto

hind-nari-ilk-defe-azerbaycanda-foto
Oxunma sayı: 2005

O, narın tumlarını xüsusi qablarda cücərtdiyini, şitillərini torpağa əkərək çoxaltdığını və xüsusi üsulla qulluq edərək məhsul əldə etdiyini bildirib. Hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Bu ilin mayında əkilmiş nar şitilləri sarmaşıq şəkilində 6 metr hündürlüyə qədər qalxmış və iyulda çiçəkləyərək meyvə əmələ gəlib. Əvvəl göy rəngdə olan nar sonra saralaraq yetişməyə başlayıb. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən 3 dəfə böyükdür. Bağban hind narının avqustda tam yetişdiyini və hər narın 3 gün ərzində dərilərək yeyildiyini bildirib. Hind narı tez yetişir və oktyabradək onu saxlamaq mümkündür. R.Xəlilov bu il ilk dəfə 70 hind narı şitilini əkərək becərdiyini və apardığı sınağın uğurlu alındığını bildirib. O, gələn il bu yeni nar sortundan olan ağacların sayını xeyli artırmağı, şitilləri və meyvəni bazara çıxarmağı planlaşdırır. Bağban fərdi vətəndaşların bağlarında hind narının kütləvi şəkildə əkilərək yayılması üçün iş aparacağını qeyd edib. Bağban qeyri-adi görünüşü olan hind narının hamını heyrətləndirdiyini, narı görmək və ondan dadmaq üçün çoxsaylı insanların müraciət etdiyini deyib. Rafiq Xəlilov hind narını noyabrda Göyçayda keçiriləcək növbəti nar bayramında geniş şəkildə ictimaiyyətə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, 35 ildir ki, bağbanlıq edən Rafiq Xəlilov şəxsi tingçilik təsərrüfatında 100-dən çox ağacın müxtəlif sortlarını müəyyən üsullarla artıraraq çoxaldır. Bu günədək bir çox yeni meyvə sortlarını ilk dəfə əldə edərək yetişdirməyə nail olan bağban Göyçay torpağı üçün xarakterik olmayan mərsin, istiot ağacı, ərəb xurması, kamelia, narıncı, konfet ağacı və digər meyvələri yetişdirib.