Hindistan ballistik raketi sınaqdan keçirdi

hindistan-ballistik-raketi-sinaqdan-kecirdi
Oxunma sayı: 1014

Hindistanda “Agni-1” ballistik raketi müvəffəqiyyətlə sınaqdan keçirilib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, raketin sınağı Hind okeanında baş tutub.

Məlumat üçün bildirək ki, “Agni-1” 700 km məsafəyə qədər hədəfləri vura bilir.

Qeyd edək ki, Hindistan son zamanlar ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq “S-400” hava hücumundan müdafiə kompleksi daxil olmaqla Rusiyadan bir çox silah almağa da davam edir.