Hindistan İrandan nefti rupi ilə alacaq - ABŞ-a qarşı birlik

hindistan-irandan-nefti-rupi-ile-alacaq
Oxunma sayı: 1761

Hindistan ABŞ-ın sanksiyalarından çıxış yolu tapmaq üçün İranla razılaşıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, razılaşmaya əsasən Hindistan İrandan nefti dollarla deyil, öz milli malyutası olan rupi ilə alacaq.

Ödənişlər isə Hindistan Birləşmiş Kommersiya Bankı (UCO) və IDBI Bankı ilə vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi genişmiqyaslı sanksiyanın 2-ci hissəsi 5 noyabrda qüvvəyə minəcək. Yeni sanksiyada İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinin fəaliyyətinə məhdudiyyətlər qoyulacaq. Bu şirkətlərlə əlaqə yaradacaq digər ölkələrə də sanksiyalar qoyulacağı barədə daha öncədən xəbərdarlıq edilib.