Hindistan kriptovalyuta istifadəsinə qadağa qoyacaq

Hindistan kriptovalyuta istifadəsinə qadağa qoyacaq
Oxunma sayı: 691

Hindistan hökuməti ödəmə sistemində kriptovalyuta istifadəsini tamamilə qadağan etmək niyyətindədir.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Arun Jaitley bildirib.

Mütəxəssislər bu addımın kriptovalyutaların qiymətini daha da aşağı endirəcəyini bildiriblər.

Qərar Hindistan hökumətinin son 17 ay ərzində hindistanlılar tərəfindən 3,5 milyard dollar həcmində kriptovalyuta tranzaksiyası reallaşdırdıqlarını aşkar etdikdən sonra verilib. A.Jaitley bildirib ki, ölkə hökuməti kriptovalyutaları qanuni ödəmə üsulu kimi qəbul etmir:

“Hökümət kriptoaktivlərin qanuni olmayan fəaliyyətlərdə və ödəmələrin aparılmasında istifadəsinin qarşısını almaq üçün bütün üsullardan istifadə edəcək”, – deyə nazir vurğulayıb.

O həmçinin qeyd edib ki, hökumət blokçeyn texnologiyasından imtina etmək niyyətində deyil. Çünki blokçeyn rəqəmsal iqtisadiyyata sürətli keçid etməyə imkan verəcək.

Qeyd edək ki, ötən ilin dekabrında ayında Hindistanın vergi xidməti kriptobirjalarda qanunsuz tranzaksiyalar üzrə istintaqa başlamışdı.

Ölkədə kriptovalyutaların aylıq dövriyyəsi 315 milyon dolları keçir və hər ay kriptoticarətdə iştirak edənlərin sayı 200 min nəfər artır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi