Hindistan Pakistanın suyunu kəsəcək

hindistan-pakistanin-suyunu-kesecek
Oxunma sayı: 1284

Hindistan hökuməti Pakistana göndərdiyi suyu kəsəcəyini elan edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin su ehtiyatları naziri Nitin Qadkari məlumat verib.

Onun sözlərinə görə, Ravi çayı sahilindəki Şahpur-Qandi bögəsində yeni su anbarı inşa ediləcək və Pakistana göndərilməyəcək su orada toplanacaq. Daha sonra həmin su Cammu Kəşmir və Pəncaba göndəriləcək.

Məlumat üçün bildirək ki, Pakistan ərazisindən keçən Hind çayının nəzarəti Hindistandadır. Bu çaydan axan suyun digər anbarlara yönləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, 14 fevralda Kəşmirdə baş verən silahlı münaqişə zamanı 44 hərbiçi ölüb və iki ölkə arasında yenidən vəziyyət gərginləşib. Suyun kəsilməsi qərarının bu hadisə ilə əlaqəli olduğu ehtimal edilir.