Hindistan səfiri Fuad Muradovla görüşüb - Foto

Hindistan səfiri Fuad Muradovla görüşüb
Oxunma sayı: 402

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Səfir səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib, diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfir Bavitlunq Vanlalvavna Fuad Muradovun Milli Məclisin üzvü olarkən Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olduğunu xatırladıb, eyni zamanda ölkələrimiz arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi