Hindistanda 167 nəfər istidən ölüb

hindistanda-167-nefer-istiden-olub
Oxunma sayı: 635

Hindistanın Telenqana ştatında aprelin 1-dən bəri azı 167 nəfər istilərdən ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, son bir neçə gündə ştatda temperatur 40 dərəcədən aşağı düşmür. Ştatın bəzi yerlərində isə istilik 47 dərəcəyə çatır. 

Qeyd edək ki, ötən il isti havalara görə 700 nəfər dünyasını dəyişmişdi.